Azərbaycan İlahiyyat İnstitutunun açılışı olub

  • 0
    paylaşım
  • 34

Bakı, Orxan Kərimov, İnteraz, 17 Sentyabr 2018, 15:42

Sentyabrın 17-də Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Türkiyə Diyanət Vəqfi 29 Mayıs Universiteti İdarə Heyətinin sədri Tayyar Altıkulac, Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.