İnam Kərimov ADAU-da yeni dərs ilinin açılışında iştirak edib

  • 0
    paylaşım
  • 31

Bakı, Orxan Kərimov, İnteraz, 18 Sentyabr 2018, 09:20

Azərbaycan Dövlət Aqrar Universitetində 2018/2019 tədris ilinin açılış mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, nazirliyin müvafiq strukturlarının rəhbərləri də iştirak ediblər. Universitetin Mühəndislik korpusunun həyətində dərs ilinin başlanmasına həsr edilən tədbiri giriş sözü ilə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb. Rektor universitetin maddi-texniki bazasının müasirləşdirilməsi və  rəqabətədavamlı kadr hazırlığının təmin edilməsinə Kənd Təsərrüfatı Nazirliyinin verdiyi dəstəkdən danışıb,  yeni dərs ilinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verib.