Azərbaycan xalqı ulu öndərin xatirəsini ehtiramla yad edir

  • 0
    paylaşım
  • 50

Bakı, Orxan Kərimov, İnteraz, 12 Dekabr 2018, 13:43

Ulu öndər Heydər Əliyevin vəfatından 15 il ötür. Dekabrın 12-də səhər saatlarından başlayaraq, insanlar axın-axın Fəxri xiyabana gəlir, Ümummilli Liderin məzarı önündən keçərək xatirəsini ehtiramla anırlar. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna əbədi məhəbbətini təcəssüm etdirir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar - hərbçilər, təhsil, mədəniyyət və tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, tələbələr, şagirdlər və başqaları var. Fəxri xiyabana insan axını davam edir. Ziyarətçilər buraya həm sonsuz qürur hissi, həm də sarsılmaz inamla gəlirlər.