"Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı tədbir keçirilib

  • 0
    paylaşım
  • 28

Bakı, Orxan Kərimov, İnteraz, 24 Dekabr 2018, 15:06

Dekabrın 24-də "Bulvar Otel Bakı"da Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə "Xarici ticarət iştirakçılarının forumu: "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi" adlı tədbir keçirilib. Tədbirin məqsədi Prezident İlham Əliyevin "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli fərmanından irəli gələn məsələlərin icra mexanizmilə bağlı sahibkarları məlumatlandırmaq olub. Forumda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, vergilər nazirinin müavini Mətin Eynullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri və 500-ə qədər sahibkar iştirak edib.