"Dorian" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb

  • 0
    paylaşım
  • 2

Bakı, Aytən Əliyeva, İnteraz, 06 Sentyabr 2019, 14:46

 "Dorian" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. 

 

İnterAz-ın "İnterfax"a istinadən verdiyi xəbərə görə, bunu Baham adalarını baş naziri Hubert Minnis CNN-ə verdiyi məlumatda deyib.

 

Baham adalarının turizm və aviasiya naziri Coy Djibril bildirib ki, itkin düşənlərin sayı min nəfərə çata bilər.

 

"İctimaiyyət ölənlərin sayı ilə bağlı ağlasığmaz məlumatlara hazır olmalıdır" deyə Baham adalarının səhiyyə naziri Duen Sends bildirib.