Bilik günü həyəcanı

  • 0
    paylaşım
  • 234

Bakı, Aytən Əliyeva, İnteraz, 16 Sentyabr 2019, 10:49

Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.

 

İnterAz-ın məlumatına görə, Azərbaycanda məktəblərdə dərslər Bilik Günü hesab edilən 15 sentyabrda başlasa da, bu il həmin tarixin həftənin bazar gününə təsadüf etməsi səbəbindən dərslər sentyabrın 16-da başlanır.

 

2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 525 016 şagird təhsil alacaq.

 

Ümumtəhsil məktəblərinin I sinfində 164 234 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

İnterAz Bilik Günü Bakı məktəblilərinin sevinc, arzu dolu fotolarını təqdim edir.