Həftə bu görüntülərlə yadda qaldı

  • 0
    paylaşım
  • 77

Bakı, Aytən Əliyeva, İnteraz, 26 Oktyabr 2019, 11:54

Barselonada etirazlar, Leonardo da Vinçinin 500 illik yubileyi, Berlin zooparkındakı pandalar...

 

İnterAz “Qafqazinfo”ya istinadən həftə ərzində (21-25 oktyabr) dünya ölkələrində lentə alınan fotoları təqdim edir:  

 

Luvrda Leonardo da Vinçinin 500 illik yubileyi münasibəti ilə keçirilən sərgidə rəssamın “Gözəl Ferronyera” əsəri.

 

Almaniyanın Berlin şəhərində zooparkda əkiz balalarından birini qucaqlayan dişi panda.

 

Honkonqda yaşayış evi.

 

Şimali Koreya lideri Kim Çen In və həyat yoldaşı Li Sol Çju Yanqdokda termal mənbəni ziyarət edirlər.

 

Yırtıcı quşlar üçün süni yuvalar tikən 72 yaşlı belarusiyalı ornitoloq Vladimir İvanovski.

 

Yaponiyanın Tokio avtosalonunda “Lexus LF-30” elektromobilinin konsept-karı.

 

Banqladeşdə Buriqanqa çayında plastik tullantıları yığan kişilər. Daha sonra tullantılar emal olunacaq.

 

Makedoniyanın Skopye şəhərində “Atlı döyüşçü” heykəlinin yanındakı fontan və insanlar.

 

İspaniyanın Barselona şəhərində etirazlar zamanı boyalara qərq olmuş avtomobil.

 

Nepalın Katmandu şəhərinə bazarda gülümbahar çiçəyi satmağa gedən qadın. Bu güllərdən Divali bayramında bəzək əşyalarının hazırlanması üçün istifadə olunacaq.