2019-cu ilin ən yaxşı fotoları

  • 0
    paylaşım
  • 45

Bakı, Aytən Əliyeva, İnteraz, 05 Noyabr 2019, 09:52

“International Photography Awards” beynəlxalq foto müsabiqəsinin münsiflər heyəti 2019-cu ilin ən yaxşı fotolarını seçib.

 

İnterAz-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, yarışmada həm peşəkarlar, həm də həvəskarlar iştirak edib. Onların işləri 13 kateqoriya üzrə qiymətləndirilib: memarlıq, hadisələr, insanlar, təbiət, idman və digər.

 

Müsabiqə iştirakçılarının ən maraqlı fotolarını təqdim edirik:

 

“İngiltərə” mövzusunda olan işlərdən biri. Gündəlik həyatın bir anı.

 

Sloveniyanın ən uzun və ən hündür viaduku - Çrni Kal dumanda.

 

İsraillə sərhəddə fələstinlilərin etirazı.

 

Çində toy günü qohumları ilə vidalaşan gəlin.

 

İslandiyanın cənub-şərq sahilləri. Kadr yüngülmühərrikli təyyarədən çəkilib.

 

Atantik okeanda gəmisinin göyərtəsini yuyan dənizçi. Kadr smartfonla çəkilib.

 

Sağ qalan son iki ağ kərgədan – Fatu və Nadcinin hekayəsi və qoruqda onları qoruyan, qayğı göstərən insanlardan bəhs edən işlər silsiləsi.

 

Fotoqraf Yevgeni Stetskonun xərçənglə mübarizəyə həsr olunmuş işlər silsiləsindən.

 

Yevgeni Stetskodan daha bir silsilə. Fotoqraf Moskvada çoxmənzilli evlərin həyətində yerləşən uşaq meydançalarını yuxarıdan çəkib.

 

Sloveniyanın təbiəti qış vaxtı.

 

Namibiyada Dedvley dərəsində mənzərə.

 

İsveçrədə Alp dağlarında qardan zövq alan xizəkçilər.

 

Selfi mədəniyyəti.

 

Yaponiyada qatı səhər dumanına bürünmüş ferma.