Göyçayda XIV Nar festivalı keçirilib

  • 0
    paylaşım
  • 69

Bakı, Aytən Əliyeva, İnteraz, 11 Noyabr 2019, 13:22

Göyçay rayonunda XIV Nar festivalı keçirilib. 

 

İnterAz-ın məlumatına görə, tədbirə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatlar və diaspor nümayəndələri, yerli və xarici iş adamları qatılıblar.

 

Bayram tədbiri şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunub. 

 

Festival çərçivəsində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanmış nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxıb, ən böyük nar nümayiş olunub. Habelə festivalda narın satışı da təşkil edilib. 

 

Kənd təsərrüfatı məhsullarının nümayişi bitdikdən sonra “Bayraq meydanı” ərazisində möhtəşəm konsert proqramı keçirilib. 

 

Fotoqraf: Məmmədağa Vəliyev