Beyrut partlayışdan sonra
Bakı, Gülnarә Quliyeva, İnteraz, 05 Avqust 2020, 00:29
Xəbər verdiyimiz kimi, Livanın paytaxtı Beyrutda dəniz limanında güclü partlayışlar olub.
İnterAz-ın xarici mediaya istinadən məlumatına görə, Beyrut Səhiyyə Nazirliyinin açıqlamasına görə, azı 50 nəfər ölüb, 2750 nəfər yaralanıb. Partlayışın gücü ilə 3 mərtəbəli bina çöküb. Dağıntılar altında insanların olduğu bildirilir. Hadisədən sonra Livanda matəm elan edilib.
Büyrutun partlayışdan sonrakı fotolarını təqdim edirik: