Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb

  • 0
    paylaşım
  • 85

Bakı, Gülnarә Quliyeva, İnteraz, 04 Dekabr 2020, 14:52

Məlum olduğu kimi, bu gün Azərbaycanda Vətən müharibəsi şəhidləri anılır.

 

İnterAz xəbər verir ki, Azərbaycan məscidlərində Vətən müharibəsi şəhidləri anılıb.

 

Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!