Zakir Həsənov cəbhə bölgəsində fövqəladə toplantı keçirdi

Toplantıda nazir bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb

Bakı, Tural Səftərov, İnteraz - 07 Fevral 2014, 09:06

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində fövqəladə toplantı keçirib. İnterAz Azadlıq.info-ya istinadən məlumat verir ki, Z.Həsənov bütün birlik, birləşmə, briqada komandirlərini və qərargah rəislərini Bərdə korpusuna toplayıb. 

 

Nazirin iştirakı ilə Bərdə korpusunda müşavirə keçirilib. Müşavirədə cəbhə xəttinə baş verən ölüm hadisələri, erməni diversiya qrupunun tez-tez Azərbaycana soxulması ilə bağlı məsələlər təhlil edilir və müzakirələr aparılır. 

 

Müşavirədə Z.Həsənov bir neçə hərbi hissə komandirinin fəaliyyətini ciddi tənqid edib və onları cəzalandırıb. 

 

Zakir Həsənovun cəbhə bölgələrinə səfəri başa çatıb.