Bakıda TÜRKPA-nın üçüncü toplantısı keçiriləcək

Toplantıdan əvvəl üzv ölkələrdən olan mütəxəssislərin iştirakı ilə görüşün mövzusuna dair məsləhətləşmələrin aparılacağı nəzərdə tutulub

Bakı, Tural Səftərov, İnteraz - 07 Fevral 2014, 13:03

Azərbaycanın Milli Məclisində fevralın 11-də TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısı keçiriləcək.

 

TÜRKPA-dan İnterAz-a verilən məlumata görə, gündəliyinin əsas mövzusu türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu olan toplantıda təşkilata dörd üzv ölkənin parlamentarilərindən ibarət komissiya üzvləri, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ) və TRASEKA Hökumətlərarası kommissiyasının nümayəndələri iştirak edəcəklər.

 

Toplantıdan əvvəl üzv ölkələrdən olan mütəxəssislərin iştirakı ilə görüşün mövzusuna dair məsləhətləşmələrin aparılacağı nəzərdə tutulub.