Cəbhə xəttində keçirilən monitorinq zamanı insident qeydə alınmayıb

Monitorinq insidentsiz bitib

Bakı, Tural Səftərov, İnteraz - 07 Fevral 2014, 13:25

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 7-də Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, monitorinq insidentsiz bitib.

 

Xatırladaq ki, cəbhə xəttində sonuncu monitorinq yanvarın 23-də keçirilmişdi. O zaman da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli-Horadiz yolunun şimal istiqamətində yerləşən qoşunların təmas xəttində keçirilən monitorinq başa çatdıqdan dərhal sonra, bu istiqamətdə yerləşən bölmələrimiz və monitorinq iştirakçıları düşmən tərəfindən atəşə tutulmuşdu.