Prezident İlham Əliyev Soçidə çexiyalı həmkarı Miloş Zeman ilə görüşüb

Görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb

Bakı, Tural Səftərov, İnteraz - 07 Fevral 2014, 17:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçidə Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.

 

İnterAz-ın məlumatına görə, görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə Çex arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirilib.

 

Sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.