Prezident İlham Əliyev Soçidə təşkil olunan rəsmi qəbulda iştirak edib
Rusiya prezidenti Vladimir Putin qəbulda nitq söyləyib
Bakı, Tural Səftərov, İnteraz - 08 Fevral 2014, 10:00
Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub.
İnterAz-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin qəbulda nitq söyləyib.