Ermənilərin təxribatı davam edir

Düşmən cavab atəşi ilə susdurulub

Bakı, Tural Səftərov, İnteraz - 08 Fevral 2014, 10:42

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.

 

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

 

Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

 

Düşmən cavab atəşi ilə susdurulub.