Kim zəhmət çəkirsə mütləq nəticəsini alır

Ukrayna müxalifətinin təşkilatçılığına, distplinasına heyran qalmamağ mümkün deyil

Bakı, Orxan Kərimov, İnteraz - 22 Fevral 2014, 10:40

Hazırda Ukraynada yaşayan Azərbaycanın tanınmış ilahiyyatçı alimi Hacı Namiq Babaxan son günlər Ukraynada baş verən hadisələri qısaca şərh edib.

 

İnterAz-ın məlumatına görə, N.Babaxan öz facebook səhifəsində qeyd edib ki, bu da 3-4 aylıq mücadilənin nəticəsi, Ukrayna xalqı qələbənin başlanğıcında və artıq xalq könüllüləri milisin səlahiyyətlərini icra edir, parlament bu ölkənin ən demokratik konstitusiyasına - 2004-cü ilin əsas qanununa səs verdi, prezident geri çəkildi, onlarla etirazçı həlak oldu, yüzlərlə insan yaralandı, onminlərlə insan gecə-gündüz qarlı-şaxtalı günlərdə küçələrdə qaldı, nəticə göz qabağında, Allah ədalətlidi, sözsüz ki, dünyanıda ədalətlə idarə edir, kim zəhmət çəkirsə mütləq nəticəsini alır.

 

Ukrayna müxalifətinin təşkilatçılığına, distplinasına isə heyran qalmamağ mümkün deyil.