Qənirə Paşayeva Əli bəy Hüseyinzadənin 150 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib

Əli bəy Hüseyinzadə Turan, əbədiyyətə qovuşduğu ərazi Türkiyə, İstanbulda Türkiyənin hər tərəfində tanınan məfkurə sahibi olan insandır

Bakı, Orxan Kərimov, İnteraz - 22 Fevral 2014, 11:06

Giresun Universitetində Türk dünyasının görkəmli ziyalısı Əli bəy Hüseyinzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Həmyerlimiz Prof. Dr. Aygün Attarın rəhbərlik etdiyi Türkiyənin Giresun Universitetində ömrü boyunca Türk dünyasının birliyinə, bərabərliyinə, savadlanmasına çalışan, görkəmli ziyalılarından Əli bəy Hüseynzadənin 150 illik yübileyinə həsr olunmuş tədbir və millət vəkili, Azərbaycan –Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İctimai Birliyinin sədri Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu “Əli bəy Hüseyinzadə Turan” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə, millət vəkili Qənirə Paşayeva və onun rəhbərliyi Azərbaycandan gələn nümayəndə heyəti , Rektor, Prof. Dr. Aygün Attar, Giresun Valisi Hasan Karahan, Bələdiyyə sədrinin müavini Orxan Qurd, Baş Prokuror Abidin Bozkan, Giresun Polis şöbəsinin rəisi Hikmət Bulak və universitetin professor, müəllim heyəti və tələbələr iştirak ediblər. Konfransda əvvəlcə çıxış edən rektor Prof. Dr. Aygün Attar, Əli Bəy Hüseyinzadənin Türk Düyasının müstəqilliyi və Türk Birliyi üçün göstərdiyi yüksək səyləri olduğunu diqqətə çəkib.

InterAz-ın məlumatına görə, bu barədə Qənirə Paşayeva öz facebook səhifəsində məlumat verib.

“Əli bəy Hüseyinzadənin 150 illik yubileyində şübhəsiz ki, onun haqqında fikir şöyləyəcək qiymətli insanlar var. Əli bəy Hüseyinzadə Turan, əbədiyyətə qovuşduğu ərazi Türkiyə, İstanbulda Türkiyənin hər tərəfində tanınan məfkurə sahibi olan insandır. Qiymətli türk Əli bəy Hüseyinzadənin, 150 il öncə dünyaya gələn dəyərli şəxsiyyətin etdiklərini XXI əsrdə etməyə çalışan, Əli bəy Hüseyinzadə kimi insanın cızdığı yolla müvəffəqiyyətlə gedən və onun idealogiyasının uğurlu davamçısı olmağı bacaran Qənirə Paşayevadan bu tədbirdə çıxış etməsini xüsusilə rica etmişəm. Bu yolun uğurlu davamçısı kimi Qənirə Paşayeva Əli Bəy Hüseyinzadə haqqında daha dolğun fikirlərə sahibdir.

 

Türk-İslam coğrafiyasının genişlənməsində düşüncələrini, qələmini və bütün şəxsiyyətini ortaya qoyaraq mübarizə aparan o böyük insanlar qarşısında baş əyirəm. Onu deyə bilərəm ki, bu günümüzün qiymətini bilməliyik”. Daha sonra çıxış edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva, türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseyinzadənin xüsusi yeri olan bir fikir adamı olduğunu dilə gətirib. Azərbaycanlı olduğuna baxmayaraq, Türkiyə üçün böyük fədakarlıqlar edən, Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə etdi.

 

Millət vəkili bildirdi ki, Əli bəy Hüseyinzadənin vətənpərvərlik məfkurəsinə hətta Çar Rusiyası və Sovet dövrünün türk düşmənliyi də mane ola bilməyib. Onun sözlərinə görə, “Sovet imperiyası nə qədər çalışsa da, bizi öz milli kimliyimizdən ayrı sala bilmədi. Sovetlərin dağılmasından sonra böyük aydınlarımızın həyat və fəaliyyətinin öyrənilməsi bizim üçün əsas məsələlərdən biri idi. Mən də bu sahədə əlimdən gəldiyi qədər işlər ortaya qoymağa çalışıram. Türk dünyasının böyük qazisi Atatürk “Tarixi yazmaq tarixi yaratmaq qədər önəmlidir”,- deyib.

 

Millət vəkili doğulduğumuz torpağı millətinin nümayəndəsi olan türk dünyasını sevməyi bablardan örnək götürməyi tövsiyyə edərək, “ Bizim babalarımız, istər Azərbaycanın azadlıq mübarizəsində, istər Çanaqqala savaşında “görməsək də, duymasaq da o köy bizim köyümüzdür”,- deyərək qardaşlarına qanları canları bahasına da olsa köməyə gediblər. Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam ordusunda döyüşən və şəhid olan igidlərdən 7-si Giresun torpağının yetirməsi olub”,-deyib.

 

Millət vəkili Qənirə Paşayeva sonda belə gözəl tədbirləri birlik və bərabərlik içərisində erməni işğalından azad edəcəyimiz Dağlıq Qarabağ, Xankədi, Şuşa, Laçın və digər o gözəl torpaqlarıızda keçirməyi arzu edərək, türk dünyasını hər zaman bir və bərabər olamağa çağırıb. Çıxışın sonunda Giresun valisi Həsən Qaraxan millət vəkili Qənirə Paşayevaya xatirə plaketi təqdim edərək bu konfransın keçirilməsini yüksək qiymətləndirib.

 

O bildirib ki, konfrans sayəsində o Əli bəy Hüseyinzadə haqqında xeyli məlumat əldə edib. Tədbirin sonunda Giresun rəsmiləri və Universitetin professor, müəllim və tələbə heyətinin iştirakı ilə Millət vəkili Qənirə Paşayevanın və Azər Turanın müəllifi olduqları “Əli bəy Hüseyinzadə Turan” kitabının təqdimat və imzalanma mərasimi keçirilib. 

 

Qeyd edək ki, Əli bəy Hüseyinzadənin 150 illiyinə həsr edilmiş növbəti tədbir, fevral ayının 27-də İstanbul şəhərində baş tutacaq.