ABŞ və NATO Xəzərə çox meyl edir, bunun qarşısı alınmalıdır - Əli-Əkbər Vilayəti
"İran, Rusiya və digər Xəzəryanı ölkələrin mənafeyi bunu tələb edir ki, NATO və ABŞ-ın bu bölgələrə meylinin qarşısı alınsın"
Bakı, B.Samid, Tural Səftərov, İnteraz - 22 Fevral 2014, 11:38
“Xəzəryanı ölkələr ABŞ və NATO-nun buraya döğru hərəkət və meyl etməsinin qarşısını almalıdırlar”.
İnterAz–ın İrna agentliyinə istinadla verdiyi xəbərə görə, bunu İran İnqilabı Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti deyib.
O, Tehranda Xəzər dənizinin strateji vəziyyəti ilə bağlı keçirilən toplantıda, Xəzər dənizi və hövzəsi təhlükəsizliyinin yalnız yerli dövlətlər tərəfindən təmin edilməsini zəruri hesab edib.
“ABŞ və NATO-nun meyli Xəzər və xəzəryani hövzə ərazilərinə daha çoxdur. Onların Əfqanıstandakı mövcudluğu da buna sübutdur. İran, Rusiya və digər Xəzəryanı ölkələrin mənafeyi bunu tələb edir ki, NATO və ABŞ-ın bu bölgələrə meylinin qarşısı alınsın.”