Budapeştdə Xocalı faciəsi qurbanlarının ruhuna cümə namazı qılınıb

Namazdan sonra ehsan süfrəsi açılıb

Bakı, Tural Səftərov, İnteraz - 22 Fevral 2014, 15:47

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Budapeştdəki “Hans” türk məscidində 22 il əvvəl qətlə yetirilmiş günahsiz dinc xocalılıların ruhuna cümə namazı qılınıb.

 

İnterAz-ın məlumatına görə, məscidin müftisi moizəsində dindarlara Ermənistanın Azərbaycana qarşı təcavüzü və erməni hərbçilərinin Qaradağlıda, Bağanıs-Ayrımda, Xocalıda və digər yerlərdə Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər barədə danışıb.

 

Namazdan sonra ehsan süfrəsi açılıb.