Ayaz Mütəllibov Xocalı qurbanlarını yad etdi - Foto

A.Mütəllibov tez-gec bu faciəni törədən insanların qanun qarşısında cavab verəcəyini bildirib və Azərbaycan xalqını bundan sonra da həmrəyliyə, birliyə çağırıb

Foto: AzNews.az

Bakı, Tural Səftərov, İnteraz - 24 Fevral 2014, 09:20

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Bakının Xətai rayonunda Xocalı faciəsi qurbanlarına ucaldılmış abidəni ziyarət edib. İnterAz AzNews.az-a istinadən xəbər verir ki, o, abidənin önündə baş əyib və faciə qurbanlarını bir dəqqəlik sükutla yad edib.

 

Ziyarət zamanı Ayaz Mütəllibov Azərbaycanın bir sıra ziyalı şəxsləri, partiyadaşları ilə görüşüb və onlarla söhbət zamanı faciəni törədən işğalçı ermənistanın ünvanına bir sıra tənqidi fikirlər səsləndirilib. A.Mütəllibov tez-gec bu faciəni törədən insanların qanun qarşısında cavab verəcəyini bildirib və Azərbaycan xalqını bundan sonra da həmrəyliyə, birliyə çağırıb. 

 

Xatırladaq ki, ermənilərin Xocalını işğal etməsi və bu şəhərdə kütləvi törədilən qətllər Mütəllibovun prezidentliyi dövründə - 25-26 fevral 1992-ci ildə baş verib. Xocalı faciəsində günahkarlardan hesab olunan A. Mütəllibov 10 gün sonra – martın 6-da istefaya göndərilib. Sonradan Mütəllibova qarşı bir neçə ittihamla cinayət işi açılıb. Mütəllibov 20 ilə yaxın Moskvada məcburi mühacirətdə olub və Azərbaycana qayıda bilib. Buna qədər ölkə parlamenti Mütəllibovun təhlükəsizliyinə və sosial təminatlarına zəmanət verən eks-prezidentlər haqqında qanun qəbul edib.