Dini Komitə radikalları günahlandırdı: “Bu yazıları onlar uydurur”

“Prezidentinin təşəbbüslərinin icrasına yönəlmiş işgüzar münasibətlər mövcuddur”

Bakı, Tural Səftərov, İnteraz - 25 Fevral 2014, 12:11

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında münasibətlərin kəskin olması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara komitə reaksiya verib.

 

İnterAz xəbər verir ki, qurumun mətbuat xidməti “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yayılan informasiyalar elə radikal dini qüvvələr tərəfindən uydurulur, əsassızdır və ictimaiyyətdə çaşğınlıq yaratmağa, dövlətin-din siyasətinin tənzimlənməsi işlərinə xələl gətirməyə və özlərini diqqətdən yayındırmağa yönəlib: “Dövlətin din sahəsində mərkəzi icra hakimiyyəti strukturu olan DQİDK ilə müsəlman icmalarının tarixi mərkəzi olan QMİ arasında münasibətlər AR Konstitusiyası və qanunlarından irəli gələn tələblərlə tənzimlənir və hər iki qurum dini icmaların qeydiyyatı, maarifləndirmə işi, dini radikalizmlə mübarizə sahəsində işgüzar münasibətlərə əsaslanan birgə fəaliyyət göstərir. QMİ-nin bu yaxınlarda verdiyi açıqlamadan da göründüyü kimi, qurum rəhbərlərinin də arasında sağlam, qarşılıqlı hörmətə əsaslanan, ölkəmizdə dini tolerantlığın gücləndirilməsinə, bu sahədə Azərbaycan Respublikası Prezidentinin təşəbbüslərinin icrasına yönəlmiş işgüzar münasibətlər mövcuddur. Yalnız son 1 ildə QMİ ilə birgə din xadimlərinin təlimi və maarifləndirmə sahəsində onlarla müştərək tədbirlər keçirilib və bundan sonra da əməkdaşlıq davam etdirəcək”. 

sss