Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Rumuniya, Bosniya və Hersoqavina, İordaniya parlamentləri, eləcə də ABŞ-ın 20 yaxın ştatında icra və qanunverici orqanları Xocalı faciəsini qətiam kimi qiymətləndirərək qətiyyətlə pisləyib

Bakı, Tural Səftərov, İnteraz - 25 Fevral 2014, 12:41

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

İnterAz xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı məsələyə toxunub. O bildirib ki, bu gün Honduras, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Macarıstan, Panama, İslam Əməkdaşlıq Təşkilatı Xocalıda baş verilmiş qanlı qətliamı soyqırım kimi tanıyırlar. Rumuniya, Bosniya və Hersoqavina, İordaniya parlamentləri, eləcə də ABŞ-ın 20 yaxın ştatında icra və qanunverici orqanları Xocalı faciəsini qətiam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər: “Bunlar Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin bəhrəsidir. Eyni zamanda digər dövlət orqanlarının o cümlədən Milli məclisin QHT-lərin əməyinin nəticəsidir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti İslam Əməkdaşlıq Təşkilatı gənclər formunun mədəniyyətləarası dialoq üzrə baş koordinatoru Leyala Əliyeva təşəbbüsü və rəhbərliyi ilə xocalıya ədalət beynəlxalq komopaniyası real və konkret nəticələr verməkdədir. Biz əminik ki, heç bir cinayət cəzasız qalmayacaq. Xocalı soyqırımı təşkilatçıları öz cəzalarını alacaqlar. Gündən günə həmsiyasi həm iqtisadi çəkisi artan Azərbaycan Dağlıq Qarabağı və ətraf 7 rayonu azad azad edəcək.”

sss