Türkiyə səfirliyində Xocalı soyqırımı anıldı

İsmayıl Alper Coşqun Xocalı soyqırımının türk dünyasının ortaq faciəsi olduğunu söyləyib

Bakı, Tural Səftərov, İnteraz - 25 Fevral 2014, 13:50

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.

 

Türkiyə səfirliyindən İnterAz-a verilən məlumata görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Səaddətin Topukçu, Milli Məclisin üzvləri iştirak ediblər. Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Daha sonra çıxış edən səfir İsmayıl Alper Coşqun Xocalı soyqrımını Türkiyənin tanıdığını və onun ortaq türk dünyasının faciəsi olduğunu söyləyib. Daha sonra millət vəkilləri Məlahət İbarahimqızı, Fazil Mustafa və Yaqub Mahmudov çıxış ediblər. 

sss