Milli Məclisin üçüncü plenar iclasında 4 qanun layihəsi qəbul olunub

“Ölkədən getmək, ölkədən gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər edilməsi məsələləri və “Dəniz limanları haqqında” qanun layihəsi isə ilk oxunuşda təsdiqlənib

Bakı, Tural Səftərov, İnteraz - 25 Fevral 2014, 14:43

Milli Məclisin üçüncü plenar iclasında 4 qanun layihəsi qəbul olunub.

 

İnterAz xəbər verir ki, iclasda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirkənmədən mühafizəsi haqqında protokolunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılaraq yekdil səslə qəbul edilib.

 

Eyni zamanda “Azərbaycan Respublikası hökuməti və Almaniya Federatov Respublikası hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” sazişin təsdiq edilməsi barədə (2008-2012)” qanun layihəsi qəbul olunub.

 

“Ölkədən getmək, ölkədən gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər edilməsi məsələləri və “Dəniz limanları haqqında” qanun layihəsi isə ilk oxunuşda təsdiqlənib.

sss