Xocalıda qətlə yetirilənlər Türkiyənin də övladları sayılırlar - Rəcəb Tayyib Ərdoğan

"XX əsrin ən dəhşətli faciəsi Xocalıda yaşandı"

Bakı, Tural Səftərov, İnteraz - 25 Fevral 2014, 15:16

"Xocalıda qətlə yetirilənlər Azərbaycanın övladları olduğu kimi, Türkiyənin də övladları sayılırlar.

 

İnterAz-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O deyib: “Xocalıda qətlə yetirilən şəhidlərimizi bir daha rəhmətlə xatırlayırıq. 1992-ci il fevralın 26-da Ermənistan qüvvələri Qarabağda insanlıqdan uzaq cinayətə imza atdılar. 613 nəfər şəhid edildi. Qarabağda, xüsusilə Xocalıda həyatlarını itirənlər bizlərin də övladıdır. Xocalı soyqırımına etiraz edən qrupun İstanbulda irqçi plakat açmasını pisləyirəm.”

sss