Azərbaycanda hərbi hissədə insident olub

Əsgərin əlində mina alışdırıcısı partlayıb

Bakı, Tural Səftərov, İnteraz - 01 Mart 2014, 10:26

Azərbaycanda hərbi hissədə insident olub.

 

İnterAz-ın APA-ya istinadən məlumatına görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 20 yaşlı Elmir Əkrəm oğlu Hüseynlinin əlində piyada əleyhinə minanın alışdırıcısı partlayıb.

 

Nəticədə iki barmağını itirən əsgər hospitala yerləşdirilib.

 

Müdafiə Nazirliyin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, E. Hüseynli İmişli rayonundan həqiqi hərbi xidmətə çağırılıb. 

sss