SAM Pakistanda “Kəşmir və Dağlıq Qarabağ: həll yolları” mövzusunda konfrans keçirəcək

SAM-ın nümayəndə heyəti "Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzi"-ndə, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda görüşlərin keçirilməsini planlaşdırır

Bakı, Tural Səftərov, İnteraz - 01 Mart 2014, 11:03

Martın 3-5-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov İslamabad şəhərinə (Pakistan) səfər edəcək.

 

İnterAz-ın Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinə istinadən verdiyi məlumata görə, səfərin məqsədi martın 4-də SAM və Pakistan İslam Respublikasının İslamabad şəhərində yerləşən Sülh və Diplomatiya İnstitutunun (Institute of Peace and Diplomacy(IPD)) birgə təşkilatçılığı ilə "Kəşmir və Dağlıq Qarabağ: həll yolları" mövzusunda konfransın keçirilməsidir.

 

Bundan əlavə SAM-ın nümayəndə heyəti "Quaid-e-Azam Universiteti Müdafiə və Strateji Araşdırmalar Mərkəzi"-ndə, Preston Universitetində və İslamabad Siyasi Araşdırmalar İnstitutunda görüşlərin keçirilməsini planlaşdırır.

sss