Rusiya Krıma siyasi desant çıxarıb

Onlara azərbaycanlı millət vəkilləri qoşulsaydı, lap əla olardı

Bakı, Orxan Kərimov, İnteraz - 01 Mart 2014, 11:38

Rusiya Krıma siyasi desant çıxarıb. Liberal-demokrat Jirinovski Krımda ruslara dəstək verir, Kiyevə barmaq silkələyir. Krım tatarlarına da dəstək lazımdır.

 

İnterAz-ın məlumatına görə, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu öz facebook səhifəsinə qeyd edib.

 

O qeyd edib ki, Türkiyədən də bir qrup millət vəkilinin Kırıma səfər etməsinə ehtiyac var. Onlara azərbaycanlı millət vəkilləri qoşulsaydı, lap əla olardı. Yox əgər azərbaycanlı millət vəkilləri hansısa səbəbdən Kırıma gedib qardaş tatarlara dəstək verməkdən ehtiyat edirlərsə, bu işə müxalif siyasətçilər də qoşula bilərlər. Ukraynanın ərazi bütövlüyü bizim üçün də vacibdir.

sss