İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyevə təbrik məktubu göndərib

Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir

Bakı, Tural Səftərov, İnteraz - 01 Mart 2014, 16:18

İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevə təbrik məktubu göndərib. İnterAz-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, ölkə başçısı Bolqarıstanı milli bayramı münasibəti ilə təbrik edib:

 

"Hörmətli cənab Prezident,

 

Bolqarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

 

Azərbaycan ilə Bolqarıstan arasındakı münasibətlər bu gün dinamik şəkildə inkişaf etməkdədir. Ümidvaram ki, ənənəvi dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah diləyirəm".

sss