Xəzəryanı ölkələrin isçi qruplarının görüşü keçiriləcək

İclasda Azərbaycanın, İranın, Qazaxıstanın, Türkmənistanın və Rusiyanın Fövqəladə Hallar Nazirliklərin nümayəndələrin iştirakı gözlənilir

Bakı, Tural Səftərov, İnteraz - 03 Mart 2014, 09:16

Aşqabadda Xəzəryanı ölkələrin isçi qrupunlarının iclası keçiriləcək.

 

İnterAz Trend-ə istinadən xəbər verir ki, iclasda Xəzərdə fövqəladə hallarda Xəzəryanı ölkələrin əmakdaşlığı haqqında sazişin imzalanmasına dair müzakirələr aparılacaq.

 

İclasda Azərbaycanın, İranın, Qazaxıstanın, Türkmənistanın və Rusiyanın Fövqəladə Hallar Nazirliklərin nümayəndələrin iştirakı gözlənilir.

 

İranı bu iclasda ölkənin fövqəladə halların idaəretməsi təşkilatının rəisi Hüseyn Hədəmi təmsil edəcək.

 

İRNA agentliyinin məlumatına görə, iclasda fövqəladə halların qarşısının alınması, ölkələr arasında xilaestmə avadanlıqlarının daşınması üçün imkanın yaradılması, müştərək təlimlərin keçirilməsi və s. məsələlər müzakirə olunacaq.

sss