Sutka ərzində atəşkəs rejimi ermənilər tərəfindən 23 dəfə pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Bakı, Tural Səftərov, İnteraz - 03 Mart 2014, 10:06

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 23 dəfə pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Ayqepar Berkaber və Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.

 

Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Şuraabad, Kəngərli, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

sss