Ketrin Eşton Tehrandadır

Avropa Birliyi diplomatiyasının rəhbəri İranın paytaxtında ölkənin nüvə problemini müzakirə edir

Ketrin Eşton

Moskva, Roman Ağayev, İnteraz - 09 Mart 2014, 00:57

İnterAz-ın “İRNA” agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə komissarı Ketrin Eşton Tehrana İranın xarici işlər naziri Cavad Zərifin dəvəti ilə gəlib. Məqsəd – İran-AB münasibətlərinə aid bir sıra məsələləri, o cümlədən də, nüvə probleminə dair “altılıq” çərçivəsində danışıqları müzakirə etməkdir. Eşton İranda bazar ertəsinin axşamına qədər olacaq. 

Avropa nümayəndə heyətini Tehran hava limanında İran xarici işlər nazirinin müavini Abbas Ərakçı qarşılayıb. 

İrana səfəri çərçivəsində Ketrin Eşton ölkə prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran XİN-nin sabiq başçısı Əliəkbər Vilayəti ilə görüşəcək. 

Xatırladaq ki, İran və “altılıq” arasında nüvə danışıqlarının növbəti raundu Vyanada martın 17-də keçiriləcək.