Radikal “Sağ sektor”un lideri Ukrayna prezidenti olmaq niyyətindədir

Rusiya tərəfindən “İnterpol”a axtarışa verilən Dmitriy Yaroş Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərində iştirak edəcək

Dmitriy Yaroş

Moskva, Roman Ağayev, İnteraz - 09 Mart 2014, 01:42

İnterAz-ın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Dmitriy Yaroş keçirdiyi briinqdə bəyan edib ki, başçılıq etdiyi qurumun siyasi şurası artıq müvafiq qərar qəbul edib. “Mən prezidentliyə gedirəm”, - deyə o qeyd edib. 

Xatırladaq ki, “Sağ sektor” özündə Kiyevdəki iğtişaşlarda fəal iştirak edən Ukraynanın sağçı radikal təşkilatlarını birləşdirir. Rusiyanın İstintaq Komitəsi Yaroşu terrorçu Doku Umarova müraciətinə görə beynəlxalq axtarışa verib. Qeyd olunur ki, Rusiya qanunvericiliyinə görə Yaroş 7 ilə qədər müddətə azadlıqdan məhrum edilə bilər. 

Yaroşun tərəfdarları liderinin prezidentliyə getməsini onunla izah edirlər ki, onların fikrincə, hakimiyyət istədikləri qədər dəyişilməyib və siyasi mübarizəyə keçmək vaxtıdır. Sağçı fəalların sözlərinə görə, xarici təcavüz gözlənildiyi üçün siyasi potensialla bərabər güc amilindən də istifadə olunacaq. Qeyd edək ki, hazırda partiya Kiyev şəhər şurasına seçkilərə hazırlaşır.