Krım müsəlmanları yarımadada sülhün və razılığın bərpası naminə dualar edirlər

Muxtar respublikanın bütün məscidlərində Krımın statusu məsələsinin sülh yolu ilə tənzimlənməsi naminə dualar edilir

Moskva, Roman Ağayev, İnteraz - 09 Mart 2014, 03:13

İnterAz-ın muxtar respublikanın KİV-lərinə istinadən verdiyi xəbərə görə, yarımadada sülhün, sabitliyin və əmin-amanlığın bərpası naminə dualar dərhal cümə namazından sonra başlayıb. 

Krım müsəlmanları ruhani idarəsi möminləri Krım torpağında ədalətin təntənəsi, işıqlı gələcək, sülh və razılıq uğrunda dualar etməyə səsləyib. “Bu çətin günlərdə biz həmrəy olmalı, dözümlülüyümüzü və davamlılığımızı qoruyub saxlamalıyıq”, - deyə müraciətdə bildirilir. 

Qeyd edək ki, Krımın “ATR” telekanalı Simferopolun Sobor Kəbir-Cami Məscidindəki camaat namazını canlı yayımlayıb. 

Xatırladaq ki, Krım sakinlərinin 13% müsəlmandır.