Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Bakı, Tural Səftərov, İnteraz - 10 Mart 2014, 09:51

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Cəvahirli, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

 

Düşmən cavab atəşi ilə susdurulub.