Elmar Məmmədyarov Parisdə həmsədrlərlə görüşəcək

E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək

Bakı, Tural Səftərov, İnteraz - 10 Mart 2014, 09:58

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 10-da Fransanın paytaxtı Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, E.Məmmədyarov həmsədrlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların gedişini müzakirə edəcək.

 

Xatırladaq ki, Minsk qrupunun həmsədrləri martın 3-də Parisdə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla danışıqlar aparıblar.