PA-nın şöbə müdiri Əli Həsənovun doğum günüdür - Fotolent

Əli Həsənov 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub

Bakı, Orxan Kərimov, İnteraz - 10 Mart 2014, 10:27

Azərbaycan Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun doğum günüdür.

 

İnterAz-ın məluamtına görə, Həsənov Əli Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub.

 

Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

 

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.