Rusiya Krımda çox ciddi bir qarmağa düşüb

ABŞ-ın illərdir Rusiyanı nəzarətsiz buraxdığını düşünənlər məncə səhvə yol verir

Bakı, Orxan Kərimov, İnteraz - 18 Mart 2014, 09:20

Bizlərdə bir az ruh düşkünlüyü yaranıb Krımın işğalına və Ukraynadan ayrılmasına görə. İndi Çexiyanın paytaxtı Praqadayam, burada da danışdığım insanlarda Rusiya təhlükəsi barədə narahatçılığı sezirəm. Rusiyanı mütləq ciddi cəzalandıracaqlar. Mənim inamım bu. Kiçik əraziyə sahib dövlətlərin xalqları yeni ərazilərə sahib olmağa daha çox maraq göstərirlər.

İnterAz-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa öz facebook səhifəsində bildirib.

 

Deputat qeyd edib ki, Ermənistan, Rusiya kimi geniş məkanda yaşayan insan yeni ərazilər əldə etməyə yeni bir yük kimi baxır. Berdyayevin "Rusiyanın taleyi" əsərini oxuyanlar bu psixoloji durumu daha aydın sezərlər. Ən əsası da Krım məsələsi ABŞ üçün nüfuz və inad məsələsinə çevrildi.

 

Sona qədərRusiyanın üzərinə gediləcəyini düşünürəm. Rusiyada Putin gələndən sonra dəyişən iqtisadiyyatın strukturu deyil, sadəcə idarəetmənin hədsiz mərkəzləşməsidir. Texnoloji inkişaf daxili mühit üçün hesablanmış siyasi təbliğat materialından başqa bir şey ifadə etmir. ABŞ-ın illərdir Rusiyanı nəzarətsiz buraxdığını düşünənlər məncə səhvə yol verir.

 

Rusiya Krımda çox ciddi bir qarmağa düşüb. Bu cür küstah formada bir ölkənin işğalına oldu-bitdi kimi baxılmayacağından əminəm.

 
sss