Cəbhə xəttində gərginlik - son vəziyyət

Erməni silahlı bölmələri dünən və bu gecə bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Bakı, Tural Səftərov, İnteraz - 18 Mart 2014, 09:23

Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəs rejimini pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

 

Füzuli rayonunun Horadiz və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

sss