Qənirə Paşayeva Rumıniyada səfərdədir

Deputat Türkiyənin Rumınyadakı səfirliyinin hazırladığı Çanaqqala şəhidlərini anma proqramına qatılacaq

Bakı, Orxan Kərimov, İnteraz - 18 Mart 2014, 10:23

Bü gün Çanaqqala zəfərimizin 99-cu ildönümüdür. Türk Dünyasının qəhrəman oğlu, böyük Mustafa Kamal Atatürk başda olmaqla bir qəhrəmanlıq dastanı yazan bütün şəhidlərimizi rəhmətlə anır, qazilərimizə şükranla xatırlayır və onların əziz xatirələri qarşısında baş əyirik.

 

İnterAz-ın məlumatına görə, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva öz facebook səhifəsində bildirib.

 

Deputat qeyd edib ki, Çanaqqala yüzlərlə Azərbayca türkü də qardaşları ilə bərabər böyük qəhrəmanlıq nümayiş etdirib və bu gün Çanaqqala şəhidliyi həm də gerçək qardaşlıq abidəsidir. Konfranslar və tərbirlələ bağlı Rumınyada səfərdəyik və bu gün bu önəmli günü burada yaşayan və fəaliyyət göstərən türk qardaşlarımızla birgə qeyd etməyi də özümüzə bir borc bilirik.

 

Bir az sonra Azərbaycanın Rumınyadakı səfiri Fərid müəllim, SOCAR-ın nümayndəsi Həmzə müəllimlə birlikdə qardaş Türkiyənin Rumınyadakı səfirliyinin hazırladığı Çanaqqala şəhidlərini anma proqramına qatılacağıq və rəhrəmanlıq dastanı yazan qəhrəmanlarımızı sevgi ilə yad edəcəyik.

 
sss