Daha iki məmur işdən çıxarıldı

Hər iki məmurun işən azad edilməsi yaş həddi ilə əlaqədardır

Bakı, Tural Səftərov, İnteraz - 18 Mart 2014, 10:37

Kənd Təsərrüfatı Nazirliyində kadr islahatları olub. 

 

Nazirlikdən verilən məlumata görə, Kənd Təsərrüfati Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hər iki məmurun işən azad edilməsi yaş həddi ilə əlaqədardır.

sss