“Ukraynadakı münaqişə bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmalıdır”

XİN rəhbəri martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 18 Mart 2014, 13:13

Xarici işlər naziri Elmar Məmmədyarov martın 16-da Krım Muxtar Respublikasında keçirilən referendumun nəticələrini şərh edib. XİN rəsmisi “Azərbaycan Ukraynadakı münaqişənin bu ölkənin konstitusiyası çərçivəsində nizamlanmasına tərəfdardır” - deyə açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycan Ukrayna ilə bağlı mövqeyini dəfələrlə ifadə edib: “Azərbaycan ərazi bütövlüyü məsələlərinə hörmətlə yanaşır. Çünki ölkəmizin özü də təcavüzlə üzləşib və nəticədə Azərbaycan torpaqları işğal olunub”.