"Heç bir referendum Azərbaycanın ərazi bütövlüyünü sual altına qoya bilməz"

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Brüsseldə, Avropa İttifaqı Şurasında keçirilən mətbuat konfransında deyib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 18 Mart 2014, 13:34

"Krımdakı referendum qəbuledilməzdir, çünki Ukraynanın ərazi bütövlüyünü pozur və Ukraynanın konstitusiyasına və beynəlxalq qanuna ziddir" - Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu Brüsseldə, Avropa İttifaqı Şurasında keçirilən mətbuat konfransında deyib. BBC-Azərbaycanca xəbər verir ki, yüksək rütbəli Krım tatar siyasətçisi Mustafa Cemilev ilə keçirdiyi konfransda cənab Davutoğlu təkcə Krım deyil, regiondakı digər münaqişələri də dilə gətirib.

"Türkiyənin narahatlığı həm Ukrayna və Krım, həm də 1990-cı illərdə Soyuq müharibəyə görə donmuş münaqişələr barədədir. Məsələn bizim üçün heç bir referendum Azərbaycanın ərazi bütövlüyünü sual altına qoya bilməz" - cənab Davutoğlu deyib.

"Bu Gürcüstan və Moldovaya da aiddir. Bir dəfə buna izn verilsə, domino effekti ilə bütün regionun sabitliyi pozulacaq" - Türkiyə XİN başçısı deyib.

 

sss