İran spikeri Novruz münasibətilə Azərbaycan parlament sədrini təbrik edib

Ə.Laricani Novruz bayramını regionda ölkələrarası bağlılığın və səmimiliyin formalaşmasında mühüm rola malik olduğunu bəyan edib

Bakı, Tural Səftərov, İnteraz - 18 Mart 2014, 13:44

İran parlamentinin sədri parlamentlərarası əlaqələrin artırılmasını istəyib.

 

İnterAz-ın İsna agentliyinə istinadla verdiyi xəbərə görə, İran parlamentinin (Şura Məclisi) sədri Əli Laricani Novruz bayramı münasibətilə Azərbaycan və bayramı qeyd edən digər ölkələrin parlament sədrlərini təbrik edib.

 

Ə.Laricani Novruz bayramını regionda ölkələrarası bağlılığın və səmimiliyin formalaşmasında mühüm rola malik olduğunu bəyan edib.

 

“İran İslam respublikasının Şura Məclisi, parlamentlərarası səmimi əlaqələrin formalaşması və möhkəmləndirilməsi üçün öz öhdəliklərini yerinə yetirir və ümid edir ki, parlamentlərarası məsləhətləşmələrin müntəzəm şəkildə aparılması millətlərimizin parlaq gələcəyini təzmin edəcək”.