ABŞ dövlət katibi Con Kerri Azərbaycana səfər edəcək

Səfərin tarixi hələlik müəyyənləşməyib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 18 Mart 2014, 17:26

ABŞ dövlət katibi Con Kerri Azərbaycana səfər etmək niyyətindədir, lakin səfərin tarixi hələlik müəyyənləşməyib. İnterAz-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O, ötən həftə Vaşinqtonda keçirilən səfirlərin konfransında C. Kerri ilə görüşdüyünü söyləyib: “O, Azərbaycana səfər etmək istəyini bildirdi, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşməyib”.  

Xatırladaq ki, Gürcüstan mediası C. Kerrinin yazın sonuna qədər Cənubi Qafqaza səfər edəcəyi barədə xəbər yayıb. 

sss