İçərişəhərdə Novruz şənliyi başlayıb

Prezident İlham Əliyev və xanımı Novruz Şənliyində iştirak edir

Bakı, Tural Səftərov, İnteraz - 19 Mart 2014, 11:14

Azərbaycan prezidenti İlham Əliyev Bakıda Novruz bayramı ilə bağlı keçirilən tədbirdə iştirak edib.

 

İnterAz-ın məlumatına görə, Novruz şənliyi Qız qalasının qarşısındakı meydanda qeyd olunub.

 

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

 

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

 

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

 

Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə davam etdirilib.

 

***

 

İçərişəhərdə Novruz şənliyi başlayıb.

 

İnterAz-ın məlumatına görə, prezident İlham Əliyev və xanımı Novruz Şənliyində iştirak edir.