Ukrayna MDB-ni tərk edir

Bu qərar ölkənin Milli təhlükəsizlik və müdafiə Şurasının iclasında qəbul olunub

Foto: Ria Novosti

Moskva, Roman Ağayev, İnteraz - 19 Mart 2014, 22:11

İnterAz-ın Ukrayna KİV-lərinə istinadən verdiyi xəbərə görə, Milli təhlükəsizlik və müdafiə Şurasının bu gün axşam başa çatmış iclasında Ukraynanın Müstəqil Dövlətlər Birliyindən çıxması barədə qərar qəbul olunub. 

Qurumun katibi Andrey Parubiy brifinqdə bildirib ki, Şuranın qərarına əsasən Ukraynanın MDB-dən çıxmasına dair müvafiq prosedurlara başlanılır. 

O həmçinin əlavə edib ki, Şura Ukraynanın ərazi bütövlüyünün qarantı olan ölkələrin silahlı qüvvələri ilə birgə təlimlərin keçirilməsi təklifi ilə çıxış edir.