Səsvermə başlayandan indiyədək MSK-ya 62 müraciət daxil olub

"Seçkilər” İnformasiya Mərkəzinin müdiri: "Müraciətlərdə ciddi nöqsanla bağlı şikayət yoxdur"

Bakı, , İnteraz - 09 Oktyabr 2013, 12:27

"Səsvermə başladığı saatdan indiyədək Mərkəzi Seçkilər Komissiyasına (MSK) 62 müraciət daxil olub.” İnterazTv-nin məlumatına görə. bunu “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib.

 

O bildirib ki, müraciətlərin əksəriyyəti Dairə Seçki Komissiyalarında səs vermək üçün məntəqələrin yerinin müəyyənləşməsi və digər hüquqi məsələlərlə bağlı olub. Müraciətlərin 9-u sosial şəbəkə 22-si 115 saylı “qaynar xətt”ə zəng, qalanları isə digər vasitələrlə olub. Amma müraciətlərdə ciddi nöqsanla bağlı şikayət yoxdur.